AZ

Neft qiymətləri ABŞ ın yeni gömrük təhdidləri fonunda tab gətirmədi: bazarda nə baş verir?

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

1 iyul çərşənbə axşamı günü neft qiymətləri düşməyə davam edib. Bu, OPEK+ alyansının avqust ayında hasilatı artıracağı gözləntiləri və ABŞ-da gömrük rüsumlarının bərpa ediləcəyi ehtimalı ilə bağlı iqtisadi yavaşlama qorxuları fonunda baş verir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Brent markalı neftin qiyməti 30 sent ucuzlaşaraq 66,44 dollar/barelə, Amerikanın WTI markalı nefti isə 33 sent ucuzlaşaraq 64,78 dollar/barelə düşüb.

ANZ bankının əmtəə bazarı üzrə baş strateqi Daniyel Hayns bildirib:

"Bazar hazırda OPEK+ alyansının hasilatı sürətlə artırmaqda davam edəcəyindən narahatdır".

"Reuters”in əldə etdiyi məlumata görə, OPEK+ alyansında dörd mənbə təsdiqləyib ki, qrup avqust ayında hasilatı gündəlik 411 min barel artırmağı planlaşdırır. Eyni artım may, iyun və iyul aylarında da həyata keçirilmişdi.

Əgər bu qərar qüvvəyə minərsə, OPEK+ bir il ərzində gündəlik hasilatı 1,78 milyon barel artırmış olacaq, bu da qlobal neft tələbatının 1,5%-dən çoxuna bərabərdir. Növbəti OPEK+ görüşü 6 iyul tarixində keçiriləcək.

ABŞ-ın gömrük siyasəti də təzyiq yaradır

ABŞ-ın yeni gömrük siyasəti ilə bağlı qeyri-müəyyənlik də qiymətlərin enməsinə səbəb olur. ABŞ maliyyə naziri Skot Bessent bəyan edib ki, beynəlxalq tərəfdaş ölkələrə rüsumların kəskin artırılması ilə bağlı bildiriş verilə bilər.

Nəşr xatırladır ki, prezident Donald Trampın müəyyən etdiyi rüsumların müvəqqəti dayandırılma müddəti başa çatmaq üzrədir. Bu da bazar iştirakçıları arasında iqtisadi gərginlik və ticarət müharibəsi qorxularını artırır.

Proqnozlar: qiymətlər daha da enəcək?

Morqan Stenli bankı proqnoz edir ki, 2025-ci ilin əvvəlində Brent markalı neftin fyuçers qiymətləri 60 dollara qədər geriləyə bilər. Səbəblər:

* Bazarın neftlə doyması, İsrail və İran arasında gərginliyin azalması nəticəsində geosiyasi risklərin zəifləməsi.

* 2026-cı ildə isə gündəlik 1,3 milyon barellik təklif artığı (artıq neft) gözlənilir.

Mövcud vəziyyət: hasilat artır, qiymət düşür

Qeyd edək ki, bir gün əvvəl də OPEK+ alyansının hasilatı gündəlik 400 min bareldən çox artıracağı xəbərləri fonunda neftin qiyməti aşağı düşmüşdü.

İyul ayında da hasilat artımı planlaşdırılıb.

Goldman Sachs analitikləri avqustda OPEK+ alyansının hasilatı 410 min barel də artıracağını, bu qərarın isə neftin ucuzlaşmasına səbəb olacağını bildirirlər.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
24
qaynarinfo.az

10Mənbələr