AZ

Neft hasilatın artması xəbəri ilə düşür

Bu gün neft, OPEC+ hasilatının avqust ayında artacağına dair gözləntilər və ABŞ tariflərində mümkün artımın səbəb ola biləcəyi iqtisadi yavaşlama ilə bağlı narahatlıqlar səbəbindən bir qədər ucuzlaşıb.

“Brent” 0,24 faiz ucuzlaşaraq 66,58, ABŞ xam nefti (WTI) 20 sent və ya 0,31 faiz ucuzlaşaraq barreli 64,91 dollar olub.

Dörd OPEC+ mənbəsi ötən həftə qrupun avqust ayında hasilatı sutkada 411 min barel artırmağı planlaşdırdığını bildirib. Bu, may, iyun və iyul aylarında oxşar artımlardan sonra olacaq.

Təsdiq edilərsə, OPEC+-ın bu il ümumi tədarük artımı sutkada 1,78 milyon barelə çatacaq ki, bu da qlobal neft tələbinin 1,5 faizindən çoxuna bərabərdir.

OPEC və onun müttəfiqləri, o cümlədən Rusiya iyulun 6-da görüşməlidir.

Seçilən
9
24
vaxt.az

10Mənbələr