AZ

Azərbaycan hökumətinin məqsədi ölkəni yaşıl enerji ixracatçısına çevirməkdir - Sahil Babayev

Bakı. Trend:

Azərbaycan hökumətinin məqsədi ölkəni yaşıl enerji ixracatçısınaçevirməkdir.

Trend xəbərverir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Azərbaycanhökuməti və Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerjimənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kreditmüqaviləsinin imzalanması mərasimində bildirib.

O, öz cıxışı zamanı Dünya Bankı Qrupunun Azərbaycanda həyatakeçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksəkqiymətləndirib.

Nazir eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına uyğunolaraq beynəlxalq maliyyə qurumları ilə layihə maliyyələşdirilməsiüzrə əməkdaşlığın genişləndirilməsi çərçivəsində imzalanan kreditmüqaviləsinin ölkəmizin enerji sektorunda dayanıqlı və yaşıl enerjimənbələrinə keçidin sürətləndirilməsi, enerji təhlükəsizliyinintəmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə baxımındanəhəmiyyətini qeyd edib.

Sahil Babayev Azərbaycanın zəngin bərpa olunan enerjiehtiyatlarına, xüsusilə günəş, külək və hidroenerji sahəsindəyüksək texniki potensiala malik olduğunu qeyd edib, hökumətinməqsədinin ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamandayaşıl enerji ixracatçısına çevirmək olduğunu bildirib.

Nazir sonda vurğulayıb ki, COP29 sədrliyi çərçivəsindəAzərbaycan yaşıl enerji gündəliyinə sadiq qalaraq enerji balansındabərpa olunan mənbələrin rolunun artması, ötürmə infrastrukturunungenişləndirilməsi, enerji saxlama sistemlərinin tətbiqi vəidarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinə fəalinvestisiyalar edir.

Seçilən
9
50
az.trend.az

10Mənbələr