AZ

Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə başlanıldı

BİLƏSUVAR, 30 iyun. TELEQRAF

Biləsuvar rayonunda günəş elektrik stansiyasının tikintisinə başlanılıb.

Teleqraf-ın cənub bürosunun məlumatına görə, stansiya rayonun inzibati ərazisində yerləşən, dövlət mülkiyyətində olan 1454 hektarlıq torpaq sahəsində inşa olunacaq.

İlkin olaraq ərazidə tikinti prosesini həyatakeçirəcək 400 nəfərlik işçi heyət üçün xüsusi düşərgə məntəqsinin qurulmasına başlanılıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış müqavilələrə əsasən, Biləsuvarda 445 MVt gücündə, Neftçalada isə 315 MVt gücündə iki günəş elektrik stansiyası, həmçinin Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının tikintisi nəzərdə tutulur.

Bu layihələr Azərbaycanın bərpa olunan enerji potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır və ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Seçilən
16
50
teleqraf.com

10Mənbələr