AZ

Rusiyanın “SON ÇIRPINIŞLARI”: “Azərbaycana qarşı bunları etməklə…”

“Qafqazda güclü, müstəqil Azərbaycan dövlətinin mövcudluğu cənubda İranı, şimalda isə Rusiyanı ciddi şəkildə narahat edir. İki yüz ilə yaxın bir tarixdə hər iki ölkə “parçala və hökm sür” şüuru ilə Qafqazı və Cənubi Azərbaycanı bölərək müstəmləkə siyasəti həyata keçirmişlər”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Savaşda və 1 günlük antiterror əməliyyatında parlaq qələbəsi regionda güc nisbətini, eləcə də oyun qaydalarını köklü surətdə dəyişdi:

“Rusiya və İran kimi beynəlxalq ictimai rəydə mənfi imicə malik, hərbi təcavüzkar ölkə kimi tanınan destabil dövlətlərin Böyük İpək Yolunun ən kilid ölkəsinə qarşı eyni zamanlı təzyiqlərə başlaması deməyə əsas verir ki, bunlar təsadüfi deyil və Tehranla Moskva arasında bu məsələdə koordinasiyalı anlaşma var.

İran-İsrail arasında 12 günlük savaş zamanı və sonrası fars, erməni, rus mətbu orqanlarında ölkəmizə qarşı əsassız, böhtan xarakterli yazıların, “ekspert” rəylərinin yazılması, bu qarayaxma kampaniyasının eyni mərkəzdən idarə olduğunu bir daha təsdiqləyir”.

F. Məhərrəmli qeyd edib ki, keçən ilin sonlarında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında alçaqcasına vurulması ilə başlayan gərginlik son günlər Yekaterinburq şəhərində azərbaycanlılara qarşı aparılan və qəddarcasına qətillərlə müşayət olunan hadisələr ölkəmizə qarşı aqressiyanın tərkib hissəsidir:

“Cənubi Qafqazda Azərbaycana uduzmuş, Ukraynada ağır itkilərə məruz qalan Rusiya sağa-sola təzyiq etməklə əslində son çırpınışların etməkdədir.

Rusiya və İranın rabitəsiz, ciddi dövlət ağlı ilə bir araya sığmayan hərəkətləri Azərbaycanın hesablanmış, düşünülmüş, səbrli hüquqi-diplomatik addımları ilə puça çıxarılacaq. Rusiyanın İranın da dəstəyini alaraq yenidən Cənubi Qafqaza dönmək siyasəti iflasa uğrayacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
50
editor.az

10Mənbələr