AZ

“Uşaqlarımı öldürsəniz, mən də sizi öldürəcəm” - Rumıniyalı deputat

Yazını böyüt
Yazını kiçilt

Rumıniyalı deputat Diana Şoşoaca İspaniyada Aralıq dənizi Parlament Assambleyasının iclasında diplomatiya və insan haqları mövzusunda sərt çıxış edərək, İsrailin Qəzzada hərəkətlərinə beynəlxalq susqunluğu pisləyib.

Hafta.az-ın yazdığına görə, deputat Şoşoaça, "Bağışlayın, mən hüquqşünasam və diplomatik ola bilmərəm. Biz diplomatiya, sülh və qanunlardan danışırıq, lakin Fələstində minlərlə uşaq və qadın öldürülür" deyib.

O, Qəzzadakı insan faciəsini və aclıq şəraitini də xatırladaraq, "Görürsünüz, orada 80 gün necə ac qaldılar, necə öldürüldülər? Heç kim heç nə etmədi. Ölkələrimizin hər biri bir gündə Qəzzaya çevrilə bilər. Biz anayıq, övladlarımız var. Əgər uşaqlarımı öldürsəniz, mən də sizi öldürəcəm", - emosional şəkildə deyib.

O, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara toxunaraq, "O zaman İsrailə də sanksiyalar tətbiq edin! Qəzza Fələstindir, Kosovo Serbiyadır və Transilvaniya Rumıniyadır. Demokratiya ilə bunu edə bilməzsiniz, İsrail daim öldürür, əlləri qan içindədir" deyə bildirib.

Şosoaça Kiprdəki 600 min israilliyə də diqqət çəkərək, "Biz iş görürük, İsraili günahlandırırıq, deyirik bunu etməyin. Xeyr, bu soyqırımdır! Dayan!" deyərək sərt mesaj verib.

Seçilən
12
50
hafta.az

10Mənbələr