ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaları ləğv edən fərman imzalayıb. Fərman ölkəni beynəlxalq təcriddən çıxarmaq məqsədi daşıyır. Məlumarı “Euronews” verib.
İqtisadi blokadanın götürülməsi hərbi cinayətlər törətməkdə və insan haqlarını pozmaqda ittiham olunan devrilmiş prezident Bəşər Əsədə, onun yüksək səviyyəli köməkçilərinə və ailə üzvlərinə qarşı şəxsi sanksiyaları ləğv etmir.
Ağ Ev rəhbərinin fərmanı Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın may ayında Ər-Riyadda görüş zamanı verdiyi ölkədəki dağıdıcı vətəndaş müharibəsindən sonra bərpa işlərinə kömək etmək vədlərinə uyğundur.
Ağ Evin mətbuat katibi Caroline Levitt deyib ki , sənəd “ölkənin sabitlik və sülhə gedən yolunu dəstəkləmək” üçün nəzərdə tutulub.
ABŞ Maliyyə Nazirliyinin terrorla mübarizə və maliyyə kəşfiyyatı üzrə müşaviri vəzifəsini icra edən Bred Smitin sözlərinə görə, iqtisadi blokadanın ləğvi “qlobal ticarət üçün şərait yaradacaq və Suriyaya regiondakı qonşularından, eləcə də ABŞ-dan sərmayə cəlb edəcək ”.
P.ƏMİRCANOV
XQ