AZ

Böyük hazırlığın peyk görüntüləri yayıldı: Döyüş təyyarələri toplanır

Yeni peyk görüntüləri Hind okeanındakı strateji ABŞ hərbi bazası olan Diego Qarsiyada Amerika Hərbi Hava Qüvvələrinə məxsus hərbi texnikanın toplanmağa başladığını üzə çıxarıb.

Publika.az xəbər verir ki, bu inkişaf ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Yaxın Şərq və Hind-Sakit okean regionunda gərginliyin artdığı bir vaxta təsadüf edir.

Diego Qarsiyanın əhəmiyyəti nədir?

NTV-nin məlumatına görə, Diego Qarsiya ABŞ-ın Yaxın Şərqdən Cənub-Şərqi Asiyaya qədər uzanan geniş ərazidə həyata keçirdiyi hərbi əməliyyatlar üçün həyati əhəmiyyət daşıyan bazalardan biridir. Bazanın ucqar yerləşməsi və geniş infrastruktur imkanları onu uzunmənzilli hava hücumları və sürətli müdaxilə missiyaları üçün ideal platformaya çevirir.

Hazırda müşahidə edilən hərbi yığınaq isə bölgədə mümkün yeni əməliyyatlara hazırlıq siqnalı kimi qiymətləndirilir.

Onlarla hərbi təyyarə bazaya yerləşdirilib

Seçilən
42
50
publika.az

10Mənbələr