AZ

İsrail ordusu böyük hazırlığa başladı

İsrail ordusu İrana qarşı hərbi hücumların növbəti mərhələsinə böyük hazırlıq görür.

Publika.az xəbər verir ki, bu barədə “The War Zone” ixtisaslaşdırılmış hərbi saytının "İsrail İran üzərində hava üstünlüyünü saxlayır" adlı məqaləsində yazılıb.

İsrailin müdafiə naziri ölkə ordusuna İranın ballistik raket imkanlarını bərpa etməsinin və nüvə proqramını davam etdirməsinin qarşısını almaq üçün plan hazırlamağı tapşırıb.

Bu hərbi addımlar İsrailin müdafiə naziri İsrael Katzın “12 günlük “Yüksələn Şir” əməliyyatı İsrailin İslam Respublikasına qarşı yeni siyasətinin yalnız bir bucağı idi” dediyi bir vaxta təsadüf edir.

Seçilən
11
50
publika.az

10Mənbələr