"Barselona"nın futbolçusu Robert Levandovskinin klubdan ayrılacağı iddia edilib. Metbuat.az xəbər verir ki, adı Super Liqa nəhəngləri ilə də hallanan ulduz hücumçu Səudiyyə Ərəbistanı klubuna transfer olmaq üzrədir. İspaniya mətbuatında dərc edilən xəbərə görə, futbolçu “Əl-Riyad”ın 40 milyon avroluq təklifini qəbul edib. Futbolçunun şəxsi təyyarəsi ilə Səudiyyə Ərəbistanına getdiyi iddia edilir. Qeyd edək ki, Robert Levandovski ötən mövsüm "Barselona"nın heyətində 52 oyunda iştirak edib. Futbolçu bu matçların 47-də ilk 11-də olub. Ümumilikdə 3930 dəqiqə meydanda olan polşalı ulduz hücumçu 42 qol və 3 məhsuldar ötürmə ilə çıxış edib.