“Barselona”nın müdafiəçisi Jerar Martin əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu əlindən xəsarət almışdı. Bu, İspaniya ilə Slovakiya yığmaları arasında keçirilən gənclər arasında Avropa çempionatı oyununda (3:2) baş verib. 23 yaşlı futbolçunun əlində sınıq aşkarlanıb.
O, əsas komandanın heyətində 42 matçda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.