"Barselona"nın hücumçusu Robert Levandovski növbəti mövsümün sonunda komandanı tərk edəcək.
İdman.biz xəbər verir ki, bu barədə polşalı futbolçu özü müsahibəsində deyib.
Kataloniya klubu və 36 yaşlı forvard 2026-cı ilin yayında başa çatacaq müqaviləni yeniləməmək qərarına gəliblər. Levandovskinin karyerasını Səudiyyə Ərəbistanı klublarının birində davam etdirməsi gözlənilir.
Qeyd edək ki, 2022-ci ilin yayından “Barselona”da oynayan Robert 147 oyunda 101 qol vurub, 20 ötürmə verib.
İdman.biz