AZ

Taylandda zorakılıq və qarətlə məşğul olan ruslardan ibarət dəstə saxlanıldı

BAKI, 29 iyun. TELEQRAF

Tailandda qəsbkarlardan ibarət dəstə ifşa edilib.

Teleqraf xəbər verir ki, bu barədə Mash Teleqram kanalı məlumat yayıb.

Mütəşəkkil cinayətkar qrupun təşkilatçısı özünü jurnalist kimi təqdim edən Sankt-Peterburqdan olan 26 yaşlı David Blankadır. Onun saxta jurnalist vəsiqəsi, həmçinin saxta pasport və diplomları olub.

İstintaqın məlumatına görə, Blankanın rəhbərlik etdiyi qrup quldurluqla məşğul olub, onların qurbanları isə elə rusiyalı turistlər imiş.

Cinayətkarlar Anton adlı şəxsi döyüblər. Onu barmağını kəsməklə hədələyərək, 500 min rubl tələb ediblər. Anton canilərdən qaça bilib.

Həbs edilən zaman D.Blanka özünün də qaçırıldığını, sevgilisinin onu bahalı Rolex saatını satmaqla və əlavə təxminən 4 milyon rubl dəyərində bitkoin əvəzində xilas etdiyini deyib.

Antonun özü də əmlaka ziyan vurmaq və viza pozuntusu ittihamı ilə polis nəzarətində saxlanılıb.

Digər iki şübhəli şəxs - Evgeni L. və İoann B. isə qaçıb Taylandı tərk edə biliblər.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr