AZ

Şübhə oyatmamaq üçün bahalı mənzil və maşınlar kirayələyiblər – Bakıda oğurluq planı – Video

Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları ifşa edilib.

Tribunainfo.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai rayonunda oğurluq hadisəsində zərərçəkən şəxs polisə müraciət edərək mənzilindən 1300 manat pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları – 46 yaşlı Aleksandria Kakhaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq “izi” itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Polis tərəfindən saxlanılan Gürcüstan vətəndaşları ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, həmin şəxslərin daha əvvəl cəza çəkdikləri digər ölkədə həbsxanada tanış olmaları müəyyən edilib. Qapı kilidlərini açmaq üzrə mütəxəssis olan bu şəxslər Bakıda şübhə doğurmamaq üçün mərkəzdəki bahalı binalardan birində aylığı 3 min manata mənzil kirayə götürüblər. Həmçinin bir neçə bahalı avtomobil icarəyə götürərək həmin maşınlarla hərəkət ediblər.

Seçilən
3
50
tribunainfo.az

10Mənbələr