AZ

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Yekaterinburq hadisələri ilə bağlı bəyanat yaydı

Son günlər Rusiyada, xüsusilə Yekaterinburqda Azərbaycan və digər türk-müsəlman xalqlarının nümayəndələrinə qarşı baş verən kütləvi zorakılıq və alçaldıcı rəftar Kreml rəhbərliyinin və şəxsən prezident Putinin məsuliyyət daşıdığı şovinist və islamofob siyasətin nəticəsidir.

Rusiya imperiyası əsrlərlə başqa xalqları məhv etməyə çalışıb. Ukraynada dinc şəhərlərin yerlə-yeksan edilməsi, Buçada soyqırımı törədilməsi Kremlin əsl niyyətini açıq göstərir. İndi eyni aqressiya rus olmayan xalqlara - çeçenlərə, azərbaycanlılara, Orta Asiya icmalarına yönəlib.

Bu gün "etnocinayətkarlıq" kimi qondarma anlayışlarla milyonlarla insanı cinayətkar damğası vuraraq terrora məruz qoyurlar. OMON-un və polisin küçələrdə sərbəst şəkildə işgəncə və qətllər törətməsi Rusiya dövlətinin bütün dəyərlərinin iflasa uğradığını sübut edir.

Xatırladırıq ki, 20 Yanvar, Xocalı soyqırımı, torpaqlarımızın işğalı, təyyarəmizin vurulması, kiberhücumlar və digər təxribatlar da Putinin cinayətkar siyasətinin tərkib hissəsidir.

Biz, "Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi olaraq, Rusiyanın bu barbar siyasətini qətiyyətlə lənətləyir, beynəlxalq ictimaiyyəti bu cinayətlərə qarşı vahid mövqe nümayiş etdirməyə çağırırıq.

Azərbaycan xalqı heç vaxt öz ləyaqətini tapdalamağa imkan verməyəcək və haqqını sonadək müdafiə edəcək.

Seçilən
4
10
milli.az

8Mənbələr