Bakı. Trend:
Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir.
Bunu Trend-əaçıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
O bildirib ki, bu digər xalqlara qarşı pis münasibəti təşviqedir.
“İddiaları isbat etmək üçün də çoxsaylı mənbələr mövcuddur.Dəhşətlisi odur ki, müasir tariximizə belə baxanda Rusiyanıntarixində qanlı şovinizm nümunələrini görmək olar. Ən son Ukraynaərazisini işğal edərkən etnik azlıqların müharibəyə cəlb olunmasıfaktına baxanda insan dəhşətə düşür. Dağıstanın, Çeçenistanın,qeyri-ruz xalqların gəncləri heç bir standarta sığmadan müharibəyəgöndərilir. Getməyən etnik azlıq nümayəndələrini şantaj, saxtacinayət ittihamları edirlər. Bu etnik rus xalqını qorumaq adıaltında digər xalqları qırğına verməkdir".
Ə.Əlibəyli qeyd edib ki, 2024-cü ildə tacik, özbək, qırğızlaraqarşı departasiya və diskriminasiya üst həddə çatdı:
"Moskvada sözün əsl mənasında dövlət səviyyəsində miqrantlarıtəhlükənin əsas hissəsi hesab edirlər. Tatar və başqırdlarınxalqların 2023-cü ildə təhsil haqqı verilməsi ilə bağlı tələblərinəgörə onları ekstremist kimi damğaladılar. Öz aləmlərindəruslaşdırma siyasətinə start veriblər. Çeçenistanda gəncləri,ailələrini terrorçuluq ittihamı ilə həbs edirlər. Bölgənin müsəlmanxalqlarına qarşı repressiyalər etnik ayrı-seçkiliyingöstəricisidir. Bunlar hamısı insan haqqları təşkilatlarınhesabatlarında var. Anti müsəlman ritorikası və islamofob siyasətiƏlcəzirənin ekranlarına qədər gəlib çıxıb. Şimali Qafqazın və OrtaAsiyanın müsəlman xalqları təhlükəli ekstremistlər kimi damğalanır.Bu proses məhz Rusiya dövlət siyasətindən başlayır və həyatakeçirilir".
Baş verənlərlə bağlı politoloq Rüfət Hüseynli isə Trend-əbildirib ki, Rusiya tarix boyu öz imperiya siyasətində digərxalqlara qarşı assimilyasiya, şovinist və diskriminasiyayanaşmalarını əsas vasitə kimi istifadə edib.
“Bu siyasətin hədəfində xüsusilə qeyri-slavyan, müsəlman və türkmənşəli xalqlar olub. Bugünkü Rusiya rəhbərliyinin, xüsusiləVladimir Putinin yürütdüyü siyasət də bu ənənənin davamıdır. Lakinfərq ondadır ki, bu gün bu siyasət daha sistemli, daha qəddar vədaha açıq şəkildə həyata keçirilir.
Rusiyada hazırda azərbaycanlılara, özbəklərə, türkmənlərə,qırğızlara və digər qeyri-rus millətlərin nümayəndələrinə qarşıaçıq şəkildə diskriminasiya həyata keçirilir. Müsəlman adları,geyimi, dili və həyat tərzi hədəfə çevrilir. Məsələn,Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş cinayət, Rusiyahüquq mühafizə orqanlarının qəddar münasibəti bu siyasətin birbaşagöstəricisidir. Bu orqanlar artıq yalnız qanun keşikçisi deyil, həmdə rejimin ideoloji və etnik silahına çevrilib.”
Politoloq vurğulayıb ki, 1990-cı illərdə Moskva və digər irişəhərlərdə qeyri-ruslara qarşı "skinxed"lərin həyata keçirdiyihücumlar, əslində, Rusiyanın xüsusi xidmət orqanlarının nəzarəti vəyönləndirməsi ilə həyata keçirilirdi.
“Bu gün isə həmin funksiyanı hüquq-mühafizə orqanları birbaşayerinə yetirir – daha sistemli və daha qəddar şəkildə.“Etnocinayətkarlıq” anlayışı isə hüquqi sistemə daxil edilərək,digər xalqların nümayəndələrini avtomatik cinayətkar kimi təqdimetməyə zəmin yaradır.
Rus Pravoslav Kilsəsi də bu siyasətin ideoloji dayağı kimi çıxışedir. Din xadimləri müharibəni “müqəddəs”, digər xalqları isə“kafir”, “xain” kimi təqdim edərək, hüquq mühafizə orqanlarınınözbaşınalığına dini don geyindirirlər. Kilsə humanizm və mərhəməttəbliğ etməli olduğu halda, bu gün Rusiyanın ekspansionist vəislamofob siyasətinin rəsmi ideoloquna çevrilib.”
Politiloq qeyd edib ki, Ukraynaya qarşı siyasət və bununsimvolikası Ukrayna kimi slavyan və xristian bir xalqa qarşı beləqəddar və amansız siyasət yürüdən Rusiya, qeyri-slavyan və müsəlmanxalqlara qarşı daha da sərt davranır.
“Ukraynanın şəhərlərinin bombalanması, Buçada törədilmişsoyqırımı, yaşayış məntəqələrinin fosfor və vakuum bombaları ilədağıdılması, əslində Rusiyanın real simasını açıq şəkildə göstərir.Bu siyasət Çeçenistan, Dağıstan və digər müsəlman bölgələrdə illəröncə tətbiq olunmuşdu. İndi isə bu metod bütün postsovetcoğrafiyasına yayılmaqdadır.
Stalin repressiyaları tarixdə qanlı bir səhifədir. Lakin bu günRusiyada baş verənlər, həmin repressiyaları belə kölgədə qoyur.Stalin dövründə ən azı formal məhkəmə, həbs və düşərgə sistemi varidi. Bu gün isə insanlar küçədə, evlərində, iş yerlərində döyülür,öldürülür, yoxa çıxarılır. Bu, artıq sadəcə siyasi yox, həm dəetnik və dini nifrət əsasında həyata keçirilən sistemlizorakılıqdır.”
R. Hüseynli vurğulayıb ki, Rusiya yalnız daxildə deyil, xaricisiyasətində də türk və müsəlman xalqlarına qarşı düşmən mövqedədayanıb. Azərbaycan tarixində bu, özünü dəfələrlə göstərib
“1990-cı il 20 Yanvarında Rusiya qoşunları Bakıya girərəkyüzlərlə dinc azərbaycanlını qətlə yetirdi.
Xocalı soyqırımı erməni silahlıları ilə yanaşı, Rusiya hərbiqüvvələrinin də iştirakı ilə həyata keçirildi.
Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalda saxlanılması – Rusiyabu müddət ərzində Ermənistanı silahlandırdı, danışıqları pozdu vəstatus-kvonu saxlamağa çalışdı.
Azərbaycan təyyarəsinin vurulması, kiberhücumlar, Azərbaycandeputatlarının Rusiyada hədəfə alınması – bunlar Rusiya-Azərbaycanmünasibətlərindəki qeyri-səmimi və düşmən münasibətin açıqnümunələridir.
Rusiya Federasiyası bu gün imperialist və müstəmləkəçisiyasətini “anti-terror”, “qanunun aliliyi”, “pravoslav dəyərləri”pərdəsi altında davam etdirir. Lakin əslində bu, birbaşa olaraqqeyri-rus xalqlara qarşı həyata keçirilən sistemli şovinist vəislamofob siyasətdir. Bu siyasət nə təkcə Rusiyanın daxilində, nədə postsovet məkanında sülhə və sabitliyə xidmət edir. Əksinə, busiyasət regionda qarşıdurmaların, nifrətin və dağınıqlığın əsasqaynağıdır”,- deyə o qeyd edib.