AZ

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı —YENİLƏNİB

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Demokrat.az-ın məlumatına görə, Əhliman Gənciyevin vəkili jurnalistlərə bildirib ki, onun müdafiə etdiyi şəxs çətinliklə hərəkət edir. Hazırda müdafiə tərəfi ədalətin bərqərar olunmasına nail olmağa çalışır.

***
15:55

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Şahin Lalayev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Demokrat.az
xəbər verir ki, hazırda iş üzrə Gənciyev Əhliman Səttar oğlunun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

Daha sonra Bakir Səfərov hakim qarşısına çıxarılacaq.

***
15:06


Yekaterinburq Lenin Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilir.

Demokrat.az
xəbər verir ki, iş üzrə dördüncü şübhəli şəxs Lalayev Şahin Məmmədəli oğludur. Hazırda onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

***
15:55

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrlə bağlı barəsində həbs qətimkan tədbiri seçilən üçüncü şəxs Ayaz Səfərov olub.


Demokrat.az xəbər verir ki, onun da barəsində iş üzrə saxlanılan digər iki azərbaycanlı - Məzahir və Akif Səfərovlar kimi, 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Seçilən
0
3
demokrat.az

10Mənbələr