Ermənistanın Apostol kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyana qarşı işin açılmasının əsaslarından biri onun hakimiyyətin devrilməsinə çağırışları olub...
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun bəyanatında deyilir.
"M.Acapaxyan iyunun 21-də mediaya verdiyi müsahibədə 2024-cü ilin fevralında etdiyi əvvəlki bəyanatlarını təsdiqləyib. O bəyanatında bildirib ki, yüksək rütbəli hərbçilərin, eləcə də güc strukturlarının köməyi ilə çevriliş həyata keçirmək və hakimiyyəti dəyişmək lazımdır", - qurumdan vurğulanıb.
Prokurorluq, həmçinin qeyd edib ki, M.Acapaxyan çağırışlarını qəsdən və dəfələrlə səsləndirib.
***
Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan İrəvan Birinci İnstansiya Məhkəməsinin qərarı ilə həbs edilib.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.
Məlumata görə, Acapaxyan iki aylıq müddətə həbs edilib, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
İlkin məlumata görə, arxiyepiskop Nubaraşen cəzaçəkmə müəssisəsinə aparılacaq.
Qeyd edək ki, Mikael Acapaxyan Ermənistanda hakimiyyətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.
Poliqon.info