AZ

Yekaterinburqda barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlıların sayı dördə çatıb

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Şahin Lalayev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda iş üzrə Gənciyev Əhliman Səttar oğlunun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

Daha sonra Bakir Səfərov hakim qarşısına çıxarılacaq

***16:01

Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesi davam edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, işin dördüncü təqsirləndirilən şəxsi iyunun 26-da səhər saatlarında saxlanılan Lalaev Şahin Məmədəli oğlu olub.

O da 2000-ci illərdə törədilən bir sıra qətllərdə iştirakda ittiham olunur.

Hazırda məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.

Seçilən
0
13
far.az

10Mənbələr