“Liverpul” rəhbərliyi 50 yaşlı uelsli mütəxəssis Robert “Rob” Con Peyci “qırmızılar”ın gənclər komandasına baş məşqçi təyin edib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Robert Peycin sonuncu iş yeri 2024-cü lin yayında tərk etdiyi Uels yığması olub. Peyc çalışdırdığı müddətə Uels yığmasını AÇ-2020-nin final mərhələsinin 1/8 finalına, həmçinin son 64 ildə ilk dəfə olaraq dünya çempionatına – DÇ-2022-nin final mərhələsinə çıxara bilib.
Robert Peyc “Port Vely”, “Nottingem Taun” və Uelsin gənclərdən ibarət U-21 yığmasını da çalışdırıb. Peyc futbolçu karyerasına 2011-ci ildə xitam verib. Buna qədər Peyc müdafiəçi mövqeyində “Şeffild Yunayted”, “Kardiff Siti”, “Koventri Siti”, “Haddersfild Taun” və “Çesterfild”də çıxış edib.