Demokrat.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ağır cinayətin "qəhrəmanları” 20 illik dost olublar.
Fərzalı Rəhman Bayramovdan 10 yaş balaca olsa da, gənc vaxtlarından dostluq ediblər. Onlar mütəmadi olaraq bir-biri ilə görüşüb, ailəvi qonaq gedib-gəliblər. Son görüş də elə yeyib-içmək üçün təşkil edilib. Məclis Rəhmanın evində baş tutub.
İstintaq materiallarında yazılandan və məhkəmədə danışılanlardan məlum olub ki, həmin gün Fərzalı ilə Rəhman xeyli içki qəbul edib, tam sərxoş vəziyyətdə olublar. Bu məqamda Rəhman Fərzalıdan 1 ədəd siqaret istəyib. Elə bu istək onların mehriban dostluğunun sonu olub.
Fərzalı üzünü turşudaraq Rəhmana "cibinə siqaret al, qoy”, dedikdən sonra mübahisə başlayıb. Dostlar bir-birinə qarşı nalayiq sözlər işlədiblər, əsəblərini cilovlaya bilməyən Rəhman stolun üstündən bıçaq götürərək Fərzalını qətlə yetirib.
Rəhman məhkəmədə həmin günü belə xatırlayıb: "Yeyib-içdikdən sonra ürəyim siqaret istədi. Dedim bir siqaret ver. Qayıdıb dedi ki, "sən heç vaxt cibinə siqaret qoymursan”. Onun etdiyi hərəkət düzgün deyildi. Özünə də dedim. Əsas da söyüş söydüyü üçün dava etdik. Qalanı da məlumdur…”
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar, həmçinin şahidlərin ifadələri ilə ittiham təsdiqini tapıb.
10Mənbələr
-
bizim.mediaVəkil olmaq istəyən 196 nəfər uğur qazandı ( 19000849)
-
aznews.azAzərbaycanda vəkillərin sayı artır- Anar Bağırov ( 18995584)
-
demokrat.azAzərbaycanda QHT sədri şantaj edildi, məhkəməyə üz tutdu ( 18934441)
-
avtosfer.azAzərbaycanda QHT sədri şantaj edildi, məhkəməyə üz tutdu ( 18934312)
-
aia.azƏməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi ( 18906427)
-
mia.azNazir Teymur Musayev xüsusi ittiham qaydasında məhkəməyə verildi - QALAMQAL ( 18902824)
-
avtosfer.azƏməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi ( 18902032)
-
unikal.azƏməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi ( 18901555)
-
far.azAzərbaycanda işində yol verdiyi nöqsanlara görə üç vəkil cəzalandırıldı ( 18863650)
-
gender.azAzərbaycanda işində yol verdiyi nöqsanlara görə üç vəkil cəzalandırıldı ( 18863443)