AZ

Rusiyada təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib

Azərbaycan ilə Rusiya arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Rusiyanın Sankt-Peterburq şəhərindəki S.M.Kirov adına Hərbi Tibb Akademiyasında klinik ordinatura və baza ali tibb  təhsili səviyyələri üzrə təhsil alan azərbaycanlı məzunların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, mərasimdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Müvafiq təhsil səviyyələrini müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar və döş nişanları təqdim edilib.

Cari ildə bu ali hərbi təhsil müəssisəsindən klinik ordinatura səviyyəsi üzrə 8 və baza ali tibb təhsili səviyyəsi üzrə 2 Azərbaycan Ordusunun tibb xidməti zabiti məzun olub. Baza ali tibb təhsili səviyyəsi üzrə təhsil alan tibb xidməti leytenantı Rəşad Dəvrişov akademiyanı fərqlənmə ilə bitirib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2416e344f0ffbab8eb85e1fe891f3755

11b73c2b697784e533ba7fecd8925e40

Seçilən
16
10
poliqon.az

10Mənbələr