AZ

“Mançester Siti” “Yuventus”u darmadağın etdi

Klublararası Dünya Çempionatının G qrupunun 3-cü turunda “Mançester Siti” ilə “Yuventus” üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, yeddi qolun qeydə alındığı matç "şəhərlilər"in 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 9-cu dəqiqəsində “şəhərlilər”dən Jeremi Doku hesabı açıb. Lakin 11-ci dəqiqədə Turin klubunun yarımmüdafiəçisi Työn Kopmeyners hesabı bərabərləşdirib. 26-cı dəqiqədə “Yuventus”un müdafiəçisi Pyer Kalulu səhvən öz qapısına qol vurub.

İkinci hissədə “Mançester Siti” üstünlüyünü artırıb. 52-ci dəqiqədə Erling Holand fərqlənib, 69-cu dəqiqədə Fil Foden hesabı 4:1-ə çatdırıb. 76-cı dəqiqədə Savio “şəhərlilər”in beşinci qolunu vurub. Matçın sonlarında isə “Yuventus”un hücumçusu Duşan Vlahoviç fərqlənərək nəticəni 5:2 edib.

Üç turdan sonra “Mançester Siti” 9 xalla qrup lideridir. “Yuventus” isə 6 xalla 2-ci pillədə qərarlaşıb.

 

 

Seçilən
39
43
90deqiqe.az

10Mənbələr