AZ

“Ümidim "Yuventus"adır, amma favorit başqasıdır”

Əfsanəvi italiyalı keçmiş futbolçu Alessandro Del Pyero klublararası dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın “Derbyderbyderby.it” nəşrinə istinadən verdiyi xəbərə görə, Del Pyero turnirdə keçmiş klubu “Yuventus”un uğur qazanacağına ümid etdiyini bildirib. Lakin o, vəziyyəti real qiymətləndirərək turnirin əsas favoritinin yaxın zamanda Çempionlar Liqasını parlaq oyunla qazanan komanda olduğunu qeyd edib.

Del Pyero həmin komandanın adını çəkməsə də, onun fikrincə, hazırkı vəziyyətdə ən güclü namizəd məhz bu klubdur.

"Düşünürəm ki, PSJ və "Mançester Siti" klublararası dünya çempionatının finalında oynayacaq. PSJ isə qalib gələcək", -

Xatırladaq ki, PSJ-ni ispan mütəxəssis Luis Enrike çalışdırır. Çempionlar Liqasının finalında komanda "İnter"i sözün əsl mənasında tapdalayıb - 5:0.

Seçilən
4
43
90deqiqe.az

10Mənbələr