AZ

Yuventus bunu 22 il sonra bacardı

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Klublararası dünya çempionatında "Əl-Əyn"i (BƏƏ) 5:0 hesabı ilə məğlub edən "Yuventus" 22 ildən sonra beynəlxalq turnurdə 5 top fərqi ilə qələbə qazanıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Turin təmsilçisi daha öncə 2003-cü ilin dekabrında rəqibinə divan tutmuşdu.

Belə ki, həmin vaxt UEFA Çempionlar Liqasının qrup mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələn "qoca sinyira" 7:0 hesablı qələbəyə sevinmişdi.

Qeyd edək ki, ABŞ-də keçirilən klublararası DÇ iyunun 15-də start götürüb. Turnir iyulun 13-də yekunlaşacaq.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
43
fanat.az

10Mənbələr