AZ

Yevlaxda 26 İyun-Silahlı Qüvvələri Günü qeyd edilib



Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayonda yerləşən Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bayram tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, bayram tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Yevlax Şəhidlər Xiyabanında Şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq, Şəhidlərimizin müqəddəs ruhlarına ehtiramlarını bildiriblər.

Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhidlər Xiyabanını ziyarət zamanı şəhid ailələri, müharibə əlilləri və veteranlarla görüşüb, onlarla söhbət edib, qayğıları ilə maraqlanıb.

Daha sonar tədbir rayonda yerləşən Dövlət Sərhəd Xidmətinə məxsus “N” saylı hərbi hissədə davam edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirib ki, hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan ordusunun 1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan silahlı qüvvələrimiz istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilib.

Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Dahi Şəxsiyyətin bu istiqamətdə həyata keçirdiyi siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına və döyüş ruhunun yüksəldilməsinə diqqət artırılb.
Nəticədə qısa müddət ərzində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək bölgənin ən güclü ordusuna çevrilib.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu qurulucuğu siyasəti nəticəsində ordumuzun döyüş qabiliyyəti artırılıb Hazırda Azərbaycan silahlı qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoyub. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinin şanlı səhifəsidir.

Tədbirdə həmçinin hərbi hissənin komandiri polkovnik-leytenant Elvin Rzayev, şəhid Emin Kazımovun atası Fərman Kazımov çıxışlarında Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edərək bildiriblər ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoyub. Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlilləri və qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıblar. Tədbir iştirakçıları hərbi hissədə əsgərlər üçün yaradılmış şəraitlə tanış oldular.

Xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupu Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib və onlara qiymətli hədiyələr verilib.

Sonda Yevlax şəhər Mədəniyyət Mərkəzinin kollektivi hərbçilər qarşısında Vətənə, orduya, qələbəyə həsr olunmuş mahnılardan ibarət konsert proqramı ilə çıxış ediblər.

Süleyman
Seçilən
39
14
newscenter.az

10Mənbələr