AZ

Şəkidə Polis Günü qeyd olundu - Fotolar

 

Şəkidə Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

Şəki Şəhər-Rayon Polis şöbəsində keçirilən tədbirdə, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təqaüddə olan keçmiş polis əməkdaşları, polis işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra tədbirin rəsmi hissəsi Şəki Şəhər-Rayon Polis şöbəsinin inzibati binasında davam edib. 

Giriş sözü ilə çıxış edən Şəki Şəhər-Rayon Polis şöbəsinin rəisi polis polkovniki Elnur Həsənov polis əməkdaşlarını “2 iyul Azərbaycan Polisi Günü” münasibəti ilə təbrik edib və daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.

Çıxış edən, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov polis əməkdaşlarını təbrik edib və bildirib ki, Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci ildə 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir. Azərbaycan polisi ötən dövrdə şərəfli yol keçmiş, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq, polis vahid hüquq-mühafizə orqanı kimi formalaşıb. Hazırda dövlət başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi qəhrəmanlıq göstərib.

Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar təqdim edilib. 

 

 





 

Seçilən
10
50
sitat.info

10Mənbələr