Bakı.Trend:
İyunun 23-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyivə ICOMOS Beynəlxalq Təşkilatının (Abidələr və Tarixi Yerlər üzrəBeynəlxalq Şura) birgə tərəfdaşlığı ilə Bakı şəhərində "KöçərilikDünya İrsi Təşəbbüsü: Beynəlxalq Ekspertlər Konfransı" öz işinəbaşlayıb.
Trend xəbərverir ki, Tədbirdə Dünya İrs Mərkəzi, BMT-nin Ərzaq və KəndTəsərrüfatı Təşkilatı (FAO), BMT-nin Ətraf Mühit Proqramı (UNEP),ICOMOS və Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) kimibeynəlxalq təşkilatların ABŞ, Çin, Böyük Britaniya, İspaniya,Kanada, İtaliya, Almaniya, Avstriya, Türkiyə, Fransa, Monteneqro,Keniya, Qana, Benin, Cənubi Afrika, Özbəkistan, Gürcüstandan olanmütəxəssisləri, elmi-tədqiqat institutları və universitetlərinalimləri, həmçinin yerli ekspertlər iştirak edirlər.
25 iyuna kimi davam edəcək konfransın əsas məqsədi dünyanınmüxtəlif bölgələrində mövcud olan köçəri mədəni landşaftlarınaraşdırılması, bu irsin qorunması, iqlim dəyişiklikləri vəsosial-iqtisadi transformasiyalar kontekstində onların dayanıqlıturizm potensialının inkişaf etdirilməsi məsələlərinin müzakirəolunmasıdır. 18 ölkədən 30-a yaxın nümayəndənin iştirak etdiyitədbirdə beynəlxalq və yerli ekspertlərin təqdimatları, panelmüzakirələri və tematik işçi sessiyaları təşkil olunacaq.
Konfransda, həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxiledilmiş “Xınalıq kəndi və Köç yolu” mədəni landşaftı nümunəsiəsasında bu irs növünün yaşadılması, onun turizm imkanlarınınreallaşdırılması, dünyada oxşar mədəni landşaftların mühafizəsi vəÜmumdünya İrs Siyahısına daxil edilməsi üzrə praktiki mexanizmlərimüzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycanın “Xınalıq və Köç Yolu” mədənilandşaftı 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxiledildikdən sonra dünyada mövcud olan oxşar mədəni irs əraziləriüçün qlobal tanıtım və qorunma mexanizmlərinin tətbiq edilməsi,həmin ərazilərin turizm potensialının öyrənilməsi baxımından"Köçərilik Dünya İrsi Təşəbbüsü: Beynəlxalq Ekspertlər Konfransı"xüsusi əhəmiyyətə malikdir.