AZ

Ronaldunun baş məşqçisi türk ola bilər

BAKI. 26 iyun. TELEQRAF

İranın "Persepolis" klubunun baş məşqçi postundan ayrılacağı gözlənilən İsmail Kartalın yeni iş yeri müəyyənləşib.

Teleqraf-ın məlumatına görə, Səudiyyə Ərəbistanı mətbuatı "Əl-Nəsr" rəhbərliyinin 64 yaşlı mütəxəssisi komandanın sükabı arxasında gətirmək fikrində olduğunu yazıb.

Ona 2 illik müqavilənin təklif olunduğu bildirilir. Təyinat baş tutsa, Kartal yenicə istefaya göndərilmiş Stefano Piolini əvəzləyəcək.

Qeyd edək ki, İsmail Kartal "Persepolis"i 16 oyuna çıxarıb. Onun rəhbərliyi altında komanda meydanı 8 qələbə, 4 heç-heçə və 4 məğlubiyyətlə tərk edib. "Əl-Nəsr"də 2023-cü ilin yanvarından Kriştianu Ronaldu da forma geyinir. Müqaviləsi bitən portuqaliyalı hücumçunun gələn mövsüm komandada qalıb-qalmayacağı hələ müəyyənləşməyib.

Seçilən
13
11
teleqraf.com

10Mənbələr