AZ

Spaletti Ronaldonun baş məşqçisi ola bilər

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Luçiano Spalettini yeni baş məşqçi etmək niyyətindədir.

Msport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis Stefano Piolini əvəzləyəcək namizədlər siyahısına başçılıq edir.

Tezliklə italiyalı üçün rəsmi təklifin ediləcəyi gözlənilir. Səudiyyə Ərəbistanı təmsilçisi ona vergilər xaric ildə 12 milyon avrodan yüksək maaş ödəməyə hazırdır. Spaletti iyunun 8-də İtaliya millisindən ayrılacağını açıqlayıb.

Qeyd edək ki, “Əl-Nəsr”in kapitanı Portuqaliya millisinin üzvü Kriştiano Ronaldodur.

Seçilən
10
2
msport.az

3Mənbələr