“Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo baş məşqçi Stefano Piolinin komandadan ayrılması ilə bağlı fikirlərini bölüşüb
90deqiqe.Az-ın məlumatına görə, bu barədə 40 yaşlı futbolçu sosial şəbəkə hesabında yazıb.
“Hər şey üçün təşəkkürlər” - deyə, portuqaliyalı qeyd edib.
Xatırladaq ki, Pioli “Əl-Nəsr”i bir mövsüm çalışdırıb və onun rəhbərliyi altında komanda 2024/2025-ci il mövsümündə Səudiyyə Ərəbistanı çempionatını üçüncü sırada tamamlayıb.
Ronaldu “Əl-Nəsr”in heyətinə 2023-cü ilin yanvarında qoşulub. Hücumçu geridə qalan mövsümdə 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.