AZ

“Neftçi” yeni mövsümün hazırlığına başladı - FOTO

“Neftçi” bu gün yeni mövsümün hazırlığına start verib.

Bizim.Media xəbər verir ki, komandanın üzvləri təlim-məşq toplanışının ilk gününü “Neftçi” Futbol Mərkəzində bir məşqlə başa vurublar.

Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.

“Binkovski Hotel”də məskunlaşacaq “ağ-qaralar” orada 4 yoxlama görüşü keçirəcək.
















Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
13
16
bizim.media

10Mənbələr