Ötən mövsüm uğursuz çıxışı ilə yadda qalmış “Neftçi” komandası bu gün 2025/2026-cı illər mövsümünün hazırlığına start verib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda üzvləri təlim-məşq toplanışının ilk gününü “Neftçi” Futbol Mərkəzində bir məşqlə başa vurublar.
Qeyd olunur ki, toplanışın ilk mərhələsi iyulun 14-nə qədər Bakıda təşkil olunacaq. Hazırlığı ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-nə qədər Polşanın Keltse şəhərində təşkil baş tutacaq. “Binkovski Hotel”də məskunlaşacaq “ağ-qaralar” orada 4 yoxlama görüşü keçirəcəklər.