“Neftçi” komandası yeni mövsümün hazırlığına start verib.
Referans-ın klubun rəsmi saytına istinadən məlumatına görə, təlim-məşq toplanışının ilk günü “Neftçi” Futbol Mərkəzində bir məşqlə başa vurulub.
Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.
“Binkovski Hotel”də məskunlaşacaq “ağ-qaralar” orada 4 yoxlama görüşü keçirəcək./Teleqraf
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta