AZ

Tovuzda dönərdən zəhərlənənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB-2

Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 17 nəfərə çatıb.

Bu barədə APA-nın yerli bürosu xəbər verir.

***

19:10

Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

***

18:59

Tovuzda dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənən şəxslərlər 2022-ci il təvəllüdlü Əli Əliyev, 2007-ci il təvəllüdlü Aysu Cəfərova, 1979-cu il təvəllüdlü Xatirə Musayeva, 2008-ci il təvəllüdlü Ruslan Əmiraslanov, 2017-ci il təvəllüdlü Rəvan Eyvazov, 2013-cü il təvəllüdlü Ramal Eyvazov, 1983-cü il təvəllüdlü Daşdəmir Eyvazov, 2019-cü il təvəllüdlü Pünhanə Ələkbərli, 2016-ci il təvəllüdlü Emil Kərimli, 2018-ci il təvəllüdlü Elif Kərimli, 1997-ci il təvəllüdlü Şahanə Əliyeva, 2006-cı il təvəllüdlü Aygün Hüseynova və daha bir nəfərdir.

Hazırda onlara xəstəxanada yardım edilir.

***

18:25

Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 12 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlər arasında azyaşlıların da olduğu bildirilir.

Seçilən
8
50
apa.az

10Mənbələr