AZ

Qurbanların sayı artır

Bir neçə gənc qız və qadının Almaniyanın Hessen əyalətində Gelnhauzendəki açıq üzgüçülük hovuzunda işçilər tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib. Polis hadisə yerində şübhəli bilinən 4 suriyalı üzərində araşdırma aparır, baş verən hadisələrin şahidlərini axtarır.

Bildirilir ki, qurbanlar günortadan sonra hovuz xidmətçiləri ilə əlaqə saxlayıb, hovuzdakı cakuzinin yanında bir qrup kişi tərəfindən onlara toxunduqlarını bildiriblər.

Hadisə yerinə çağırılan polis əməkdaşları yaşları 18-28 arasında olan 4 şübhəlini müəyyən ediblər. “Bild” qəzetinin məlumatına görə, həmin şəxslərin hamısı Suriya vətəndaşıdır. Onlar şəxsiyyətlərinin dəqiqləşdirilməsi üçün müvəqqəti saxlanılsalar da, sonradan sərbəst buraxılıblar. Hadisədən dərhal sonra başqa bir kişinin havuzu tərk etdiyi bildirilir.

Offenbax polis idarəsinin sözçüsü istintaqın davam etdiyini bildirib. Bildirilib ki, əlavə qurbanların şəxsiyyəti müəyyən edilib və bununla da ümumi sayı 9-a çatıb.

Seçilən
10
50
vaxt.az

10Mənbələr