AZ

"Sabah"ın rəqibi qapıçı transfer etdi

"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Selye" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Selye" qapıçı Simon Sluqa ilə anlaşıb. 32 yaşlı xorvatiyalı qolkiperin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, komandalar arasında iyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək ilk oyun saat 20.00-da start götürəcək. İyulun 17-dəki cavab görüşü Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Seçilən
2
50
football-plus.az

10Mənbələr