AZ

İsrail yenə ballistik raketlərlə vuruldu - Ölənlər var

İran raketi İsrailin cənubundakı Beer Şeva şəhərində yaşayış binasına düşüb.

Hurriyyet.az xəbər verir ki, bu haqda İsrailin “N12” telekanalı məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində bir neçə nəfər yaralanıb.

***

İsrail ordusu vətəndaşlarına çağırış etməyə davam edir:

“Bir müddət əvvəl İrandan İsrail ərazisinə doğru atılan raketlər müəyyən edilib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərir. Komandanlığının göstərişlərinə əməl etməyə davam edin”.

***

Məlumata görə, ballistik raketlərlə hücum nəticəsində azı 3 nəfər həlak olub, yaralılar var. Dağıntılar altında qalan çox sayda mülki şəxsin olduğu bildirilir.

 

Seçilən
12
3
hurriyyet.az

10Mənbələr