İran raketi İsrailin cənubundakı Beer Şeva şəhərində yaşayış binasına düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrailin N12” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində bir neçə nəfər yaralanıb.
***
İsrail ordusu vətəndaşlarına çağırış etməyə davam edir:
“Bir müddət əvvəl İrandan İsrail ərazisinə doğru atılan raketlər müəyyən edilib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərir. Komandanlığının göstərişlərinə əməl etməyə davam edin”.
***
Məlumata görə, ballistik raketlərlə hücum nəticəsində azı 3 nəfər həlak olub, yaralılar var. Dağıntılar altında qalan çox sayda mülki şəxsin olduğu bildirilir.
