Trampın İsrail və İran arasında atəşkəsin elan ediləcəyi haqda bəyanatından sonra da tərəflər arasında qarşıdurma davam edir.
Moderator.az müxtəlif mənbələrdən aşağıdakı məlumatları əldə edib:
Bəlli olur ki, səhər saatlarında daha çox İrandan İsrailə raketlər atılır.
İran televiziyası İrandan raket atılmasından bir qədər əvvəl xəbər verib ki, nüvə alimi Məhəmməd Rza Sadiqi bu səhər atəşkəs başlamazdan əvvəl İsrailin endirdiyi zərbələr nəticəsində həlak olub.
Təl-Əviv vaxtilə saat O5:08(Bakı 06:08)
Yerli medianın İsrail müdafiə ordusuna istinadla məlumatına görə, İran raketi Beersheba şəhərində yeddi mərtəbəli yaşayış binasına düşüb. Hadisə yerində xilasetmə xidmətləri işləyir.
05:12
İrandan İsrailə raket atılıb. Ölkənin cənubu, eləcə də şimalı üçün yenidən xəbərdarlıq. Mərkəzdə xəbərdarlıq gözlənilir.
Məlumat dəqiqləşdirilir.
05:12
İrandan İsrailə raket atılıb. Ölkənin cənubu, eləcə də şimalı üçün yenidən xəbərdarlıq. Mərkəzdə xəbərdarlıq gözlənilir.
Məlumat dəqiqləşdirilir.
05:15
Arava səhrasında və Negevin cənubunda raket sirenləri səslənib.
05:32
Xəbərdarlıq: Mərkəzdə həyəcan gözlənilir
Saat 05:40-da Quş Dan, HaŞaron və Şfela da daxil olmaqla, İsrailin mərkəzində raket sirenləri səslənib. Samariyada və Negevdə də sirenlər eşidilirdi.
Beer- Şevada bir binaya raket düşüb.
israilin təcili tibbi yardım xidməti "Magen David Adom"("MDA") baş direktoru bildirib ki, Beer- Şevada birbaşa zərbə nəticəsində bir nəfər ağır yaralanıb.
Məlumata görə, İran raketi Beer- Şevada 7 mərtəbəli yaşayış binasına düşüb. Hadisə yerində xilasetmə xidmətləri işləyir.
06:42
"MDA" təcili yardım xidmətinin məlumatına görə, İran raketinin Beer Şevada yaşayış binasına düşməsi nəticəsində azı 9 nəfər xəsarət alıb.
40 yaşlı kişi, 30 yaşlı qadın və 20 yaşlı kişi ağır yaralanaraq hadisə yerindəcə keçinib.
Daha bir nəfər orta, beş nəfər isə yüngül xəsarət alıb.
Beer- Şevadakı "İhud Atzala" şöbəsinin rəhbəri Elia Yitzhak Tobol, birbaşa zərbə yerindən xəbər verir: "Bu, çox ağır səhnədir - zərərçəkənlərin bəzilərinin vəziyyəti kritik və ağırdır. Qalanlarının vəziyyəti yüngüldür. Qurbanların axtarışları davam edir. Bundan əlavə, "İhud Atzala" briqadasının psixoloqları hadisə yerində stress keçirmiş zərərçəkənlərə kömək edirlər."
Hadisə yerində qaz sızması qeydə alınıb...