Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrail-İran müharibəsinin atəşkəslə başa çatmasından sonra ilk dəfə emosional və duala zəngin bəyanatla çıxış edib.
O, yaranmış təhlükəli vəziyyətin qarşısının alınmasını “bəşəriyyət üçün qurtuluş” kimi dəyərləndirib.
Prezident Tramp bəyan edib:
“Bu, illərlə davam edə biləcək və bütün Yaxın Şərqi məhv edə biləcək bir müharibə ola bilərdi – lakin belə olmadı və heç vaxt da olmayacaq!”
Tramp çıxışının sonunda isə bütün dünyaya ünvanladığı tanınmış duala müraciət edib:
“Tanrı İsraili qorusun,
Tanrı İranı qorusun,
Tanrı Yaxın Şərqi qorusun,
Tanrı Amerika Birləşmiş Ştatlarını qorusun
və TANRI BÜTÜN DÜNYANI QORUSUN!”
Ekspertlər Trampın bu çıxışını yeni dövrün başlanğıcı kimi qiymətləndirir və qeyd edirlər ki, prezidentin ritorikası müharibədən dialoqa keçidi təşviq edən mühüm siqnaldır.
Musavat.com