"Ya sülh, ya da fəlakət!"- TRAMPDAN DƏHŞƏTLİ ÇAĞIRIŞ
Ajans.az xəbər verir ki, o, Fordo da daxil olmaqla üç nüvə obyektinə endirilən zərbəni “tarixi qələbə” adlandıraraq bildirib: “Əgər bu əməliyyat olmasaydı, İran nüvə silahından istifadə edəcəkdi. İndi isə onların zənginləşdirmə gücü məhv edilib.” Tramp, İranı cavab hücumundan çəkinməyə çağıraraq xəbərdarlıq edib: “Ya sülh gələcək, ya da daha böyük faciə.” ABŞ-nin Fordo, Natanz və İsfahandakı obyektləri 30 Tomaqavk raketi ilə vurduğu qeyd edilir. Tramp həmçinin İsrailin təhlükəsizliyi üçün bu addımın vacib olduğunu bildirərək, baş nazir Netanyahuya təşəkkür edib. ABŞ lideri çıxışını dramatik notlarla bitirib: “Allah Yaxın Şərqi, İsraili və Amerikanı qorusun”.