Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Amerika prezidenti Donald Tramp Fransa prezidenti Emanuel Makronu İran-İsrail münaqişəsi ilə bağlı niyyətləri barədə “heç nə anlamamaqda” ittiham edib.
Bakıvaxtı.az Fransanın “Leparisien.fr” saytına istinadən xəbər verir ki, Fransa prezidentin bazar ertəsi Kanadada keçirilən G7-zamanı baş tutan brifinq zamanı səsləndirdiyi fikirlər Trampı hiddətləndirib.
İsrail-İran gərginliyinə diqqət çəkən Emmanuel Makron qeyd edib ki, amerikalılar atəşkəsə istinad edərək, iranlılarla görüş və müzakirələr üçün təklif irəli sürüb:
“Əgər Birləşmiş Ştatlar atəşkəs əldə edə bilsə, bu, çox yaxşı bir əlamətdir”.
Halbuki Donald Tramp bazar ertəsi günü G7-dən tez ayrılmasının İsrail və İran arasında atəşkəslə heç bir əlaqəsi olmadığını bəyan edib.
"Fransa prezidenti Emmanuel Makron reklam məqsədi ilə səhvən Kanadada keçirilən G7 sammitini tərk edərək, İsrail və İran arasında atəşkəs üzərində işləmək üçün Vaşinqtona qayıtdığımı söylədi. Bu, yalandır. Onun niyə indi Vaşinqtona getdiyim barədə heç bir fikri yoxdur, amma bunun atəşkəslə heç bir əlaqəsi yoxdur”,- deyə Donald Tramp qeyd edib.
ABŞ rəhbəri onu da əlavə edib ki, Emanuel heç vaxt, heç nə başa düşmür:
"İstəsə də, istəməsə də, Emanuel heç vaxt heç nə başa düşmürir”.
Aydın Baxış
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.