AZ

“Benfika”nın türkiyəli futbolçusu baş məşqçini söydü - VİDEO

BAKI, 21 iyun. TELEQRAF

Klublararası Dünya Çempionatında Portuqaliyanın “Benfika” və Yeni Zelandiyanın "Oklend Siti" klubları arasında keçirilən oyunda qalmaqal baş verib.

Teleqraf “Haber7”yə istinadən xəbər verir ki, matçın 61-ci dəqiqəsində əvəzlənən “Benfika”nın türkiyəli futbolçusu Orkun Kökçü baş məşqçi Bruno Lajeyə çox sərt reaksiya verib.

Türkiyə millisinin futbolçusunun məşqçinin ünvanına ağır söyüşlər işlətdiyi görüntülənib. İkili arasında gərginlik meydandan kənarda da davam edib.

Qeyd edək ki, qarşılaşma “Benfika”nın 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
53
9
teleqraf.com

10Mənbələr