ABŞ kəşfiyyat orqanları vasitəsilə Rusiyanı İranın nüvə obyektlərinə zərbə barədə əvvəlcədən xəbərdar etməyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Life” nəşrinə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.
“Xeyr,” – Naryşkin müvafiq suala belə cavab verib.
Bundan əvvəl isə Britaniyanın “Financial Times” qəzeti xəbər vermişdi ki, İran 22 iyun gecəsi ABŞ-ın raket zərbələrindən əvvəl Fordo nüvə zənginləşdirmə zavodundakı avadanlıq və uranı çıxarmağa müvəffəq olub.