EN

ABŞ İranın nüvə obyektlərinə hücum barədə Rusiyanı məlumatlandırmayıb

ABŞ kəşfiyyat orqanları vasitəsilə Rusiyanı İranın nüvə obyektlərinə zərbə barədə əvvəlcədən xəbərdar etməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Life” nəşrinə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

“Xeyr,” – Naryşkin müvafiq suala belə cavab verib.

Bundan əvvəl isə Britaniyanın “Financial Times” qəzeti xəbər vermişdi ki, İran 22 iyun gecəsi ABŞ-ın raket zərbələrindən əvvəl Fordo nüvə zənginləşdirmə zavodundakı avadanlıq və uranı çıxarmağa müvəffəq olub.

Chosen
63
46
nocomment.az

10Sources