AZ

Bu ölkədən 2 manat 55 qəpiyə donuz əti almışıq

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 489,61 ton dondurulmuş donuz əti və onun hissələri idxal olunub.

Valyuta.az xəbər verir ki, bu məhsulların idxalı üçün 1 milyon 242,23 min ABŞ dolları xərclənib.

İdxal əsasən Rusiya, Belarus və Almaniya kimi ölkələrdən həyata keçirilib.

Belə ki, ümumi idxalın böyük hissəsi Rusiyanın payına düşüb. Bu ölkədən 487,45 ton donuz əti gətirilib ki, bu da 1 milyon 234,13 min ABŞ dolları dəyərində olub. Beləliklə, Rusiyadan gətirilən 1 kiloqram donuz ətinin orta qiyməti təxminən 2,53 ABŞ dolları və ya 4,35 manat təşkil edib.

Belarusdan idxal edilən donuz əti həcmi 0,15 ton, dəyəri isə 790 ABŞ dolları olub. Bu ölkədən gətirilən ətin 1 kiloqramının dəyəri təxminən 5,27 dollar və ya 9,07 manat səviyyəsindədir.

Almaniyadan idxal olunan donuz ətinin miqdarı 2 ton, dəyəri isə 2,97 min ABŞ dolları təşkil edib. Beləliklə, Almaniyadan idxal edilən məhsulun 1 kiloqramı orta hesabla 1,49 dollar və ya 2,55 manata başa gəlib.

Sərvanə Rəmixanova

Seçilən
91
16
valyuta.az

10Mənbələr