2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 2042,03 ton vafli və vafli həbləri idxal olunub.
Valyuta.az xəbər verir ki, bu idxal üçün 7228,56 min ABŞ dolları, yəni 7,23 milyon dollar məbləğində vəsait sərf edilib.
Məhsulun idxalı ümumilikdə 30 ölkə ilə həyata keçirilsə də, həcm baxımından əsas tədarükçülər Rusiya, Türkiyə, Ukrayna və İran İslam Respublikası olub.
İlk sırada Rusiya qərarlaşıb. Bu ölkədən 989,07 ton məhsul idxal edilib və bunun üçün 2473,42 min dollar xərclənib. Hesablamaya əsasən, 1 kiloqram vaflinin qiyməti təxminən 2,5 dollar və ya 4,25 manat təşkil edib.
Növbəti sırada Türkiyə yer alır. Buradan 445,11 ton vafli idxal olunub və 2294,57 min dollar ödənilib. Bu isə 1 kiloqram üçün 5,15 dollar və ya 8,76 manat deməkdir.
Ukraynadan 211,25 ton həcmində idxal üçün 667,56 min dollar xərclənib. 1 kiloqram vaflinin qiyməti burada 3,16 dollar və ya 5,37 manat olub.
Həcminə görə daha bir önəmli tədarükçü isə İran İslam Respublikası olub. İrandan 163 ton vafli və vafli həbləri gətirilib və bu idxal üçün 321,68 min dollar ödənilib. Bu da 1 kiloqram məhsulun 1,97 dollar və ya təxminən 3,35 manata başa gəldiyini göstərir.
Sərvanə Rəmixanova