Rusiyalı boksçu və kikboksçu, dünya kubokunun qalibi Roman Pyatnitsa 26 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə idmançının həyat yoldaşı, özü də boksçu olan Qalina Pyatnitsa sosial şəbəkədə məlumat verib. Qız faciənin səbəbləri barədə danışmaqdan imtina edərək, yalnız Romanın dünən, iyunun 19-da öldüyünü qeyd edib. Yayımlanan videolarda Qalina ağlayır və əri ilə bağlı suallarla onu incitməməyi xahiş edir.
“Uşaqlar, sizə yalvarıram: suallarınızla məni çox incidirsiniz: “Nə olub? Niyə öldü?” Sizdən xahiş edirəm bunları yazmayasınız. Dəstəyinizə görə təşəkkür edirəm. Xahiş edirəm, etməyin. Hər şeyi öyrənəcəksiniz, hər şey sosial şəbəkədə olacaq. Mənə yazmayın, bu gün də yox, sabah da. Hələ yox. Hazır deyiləm. Kim kömək etmək istəyirsə, anasının əlaqə nömrələrini yerləşdirəcəyik”, – Qalina yazıb.