AZ

Rövşən Nəcəf dünya çempionlarını təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf minifutbol üzrə Azərbaycan millisini Bakıda təşkil olunan dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

Arena.az xəbər verir ki, Rövşən Nəcəf komandamızın turnirdə parlaq çıxış etdiyini vurğulayıb.

O, komandamızın final oyununda yüksək performansla azarkeşləri sevindirdiyini bildirib:

“Macarıstan yığması ilə final oyununda komandamız çempiona layiq çıxış etdi. Bu mötəbər yarışın qalibi olması münasibətilə milli komandamızı ürəkdən təbrik edirəm”.

Xatırladaq edək ki, finalda Macarıstan yığması üzərində 4:2 hesablı qələbə qazanmış minifutbol millimiz dünya çempionu olub.

Seçilən
12
9
arena.az

10Mənbələr